İlk diabet xəstəsi “Barbie” istehsal edildi

İlk diabet xəstəsi “Barbie”  istehsal edildi
9 iyul 2025
# 11:36

Dünyaca məşhur oyuncaq markası olan “Mattel” yeni Barbi kuklasını tanıdıb.

Kulis.az xəbər verir ki, daha əvvəl skoliozlu və eşitmə aparatlı Barbi kuklaları istehsal edən şirkət bu dəfə diabetli Barbi istehsal edib.

Yeni Barbi "Breakthrough T1D” qeyri-kommersiya təşkilatı ilə birgə hazırlanıb.

Qeyd edək ki, Barbi kuklaları 1959-cu ildən istehsal olunmağa başlasa da, “Mattel” 2019-cu ildən fiziki qüsurları olan Barbi kuklalarını satmağa başlayıb.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

# # #