İlham Qəhrəmanın imza günü olacaq

İlham Qəhrəmanın imza günü olacaq
14 mart 2024
# 14:10

Martın 16-sı saat 14:00-da “Şahənşah” şadlıq sarayında İlham Qəhrəmanın “Laçın lətifələri” və “Dəyirmanın su dərdi” (bayatılar) kitablarının imza günü olacaq.

Kulis.az xəbər verir ki, “Dədə Ələsgər Ədəbi Məclisinin” təşkilatçılığı ilə baş tutacaq sazlı-sözlü məclisdə tanınmış aşıqlar Çingiz Mehdipur, Aşıq Nəbi, Aşıq Nazim, Aşıq Ramin və başqalarının çıxışı olacaq.

İştirakçılar şairin imzalı kitabını əldə edə biləcək və ifasında müəllifi olduğu şeirlərlə yanaşı ustad aşıqların da şeirlərini dinləyə biləcəklər. 3 saat davam edəcək tədbirə giriş sərbəstdir.

# 1015 dəfə oxunub

Müəllifin son yazıları

# # #