İki bəstəkarın irsi bir səhnədə: Muğam Mərkəzində yubiley gecəsi

İki bəstəkarın irsi bir səhnədə: Muğam Mərkəzində yubiley gecəsi
23 aprel 2026
# 11:10

Beynəlxalq Muğam Mərkəzində Cahangir Cahangirov adına Xor kollektivinin təqdimatında görkəmli bəstəkarlar - Ramiz Mustafayevin anadan olmasının 100 illiyinə və Zakir Bağırovun 110 illiyinə həsr olunmuş konsert proqramı keçirilib.

Kulis.az xəbər verir ki, gecədə hər iki bəstəkarın yaradıcılığından seçilmiş əsərlər səsləndirilib, onların Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri xüsusi vurğulanıb.

Cahangir Cahangirov adına Xor kollektivinin bədii rəhbəri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Təranə Yusifovadır.

Proqramda Ramiz Mustafayevin “Mən neftçiyəm”, “Şamaxı”, “Gülüm yoxdur”, “Gözəllik nəğməsi” əsərləri, Zakir Bağırovun isə “Qara qız” və “Aygün” operasından parçalar səsləndirilib.

Konsertdə Xalq artisti Gülyaz Məmmədova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Orxan Cəlilov, həmçinin ifaçılar Rəvan Qaçayev, Mədinə Səlimova, Nəzakət Əliyeva, Ülkər Rüstəmova, Riyad Eyvazov və digərləri çıxış ediblər.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər