Ağadadaş Ağayevin fəxri adı alına bilərmi? - Açıqlama

Ağadadaş Ağayevin fəxri adı alına bilərmi? - Açıqlama
25 iyul 2024
# 10:44

Məlum insidentdən sonra sual yaranır: Xalq artisti Ağadadaş Ağayevin fəxri adı və mükafatları alına bilərmi?

Hüquqşünas Şamil Paşayev bu məsələ ilə bağlı Kulis.az-a açıqlama verib.

"Cinayət məcəlləsinə görə şəxs xüsusi ağır cinayətdə ittiham edildikdə və buna əsasən məhkum olunduqda fəxri addan məhrum edilə bilər. Lakin Ağadadaş Ağayev cinayət məcəlləsinin 221-ci maddəsilə ittiham olunur. Bu da az ağır cinayət kateqoriyasına aid olduğuna gör, demək olar ki, Ağadadaş Ağayevin fəxri adı alınmayacaq".

Bəs hansı halda fəxri ad alına bilər?

Azərbaycanda fəxri ad Milli Məclisin və Nazirlər Kabinetinin təklifi ilə Prezident tərəfindən verilir. Əsasnaməyə görə, fəxri adlar eyni adama təkrar verilmir, o dövlətə xəyanət edərsə adından məhrum ola bilər. Bundan başqa, fəxri ad almış şəxs ağır və ya xüsusilə, ağır cinayət törətməyə görə məhkum olunduqda, fəxri adı ləkələyən xəta törətdikdə statusundan məhrum edilə bilər.

Qeyd edək ki, yaxın keçmişdə yazıçı Əkrəm Əylisinin "Xalq yazıçısı" fəxri adı "Xalqın ona göstərdiyi yüksək etimaddan sui-istifadə edərək, son əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri Azərbaycan yazıçısı adına yaraşmayan şəkildə təhrif etdiyinə görə" iddiası ilə alınmışdı.

# 819 dəfə oxunub

Müəllifin son yazıları

# # #