İçərişəhərdə tarixi qala divarında aşınma qeydə alındı

İçərişəhərdə tarixi qala divarında aşınma qeydə alındı
9 aprel 2026
# 10:30

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bu gün səhər saat 05:00 radələrində Kiçik Qala küçəsi ünvanında, 13-14 saylı bürclərin kəsişdiyi hissədə tarixi Qala divarlarının kiçik bir sahəsində aşınma müşahidə edilib.

Qoruq İdarəsindən Kulis.az-a bildirilib ki, mütəxəssislərin ilkin rəyinə əsasən, aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.

Hadisə baş verdiyi andan etibarən İdarə tərəfindən dərhal operativ tədbirlər görülüb, sözügedən ərazi tam nəzarətə götürülərək vətəndaşların təhlükəsizliyi üçün zəruri qabaqlayıcı addımlar atılıb.

Qeyd edək ki, hazırda tarixi abidənin həmin hissəsində yaranmış vəziyyətin aradan qaldırılması istiqamətində lazımi işlərin icrasına başlanılıb.

# 92 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər