“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Muzey Mərkəzinə direktor təyin edilib.
Kulis.az xəbər verir ki, bu vəzifəyə muzey işi sahəsinin mütəxəssisi və eksperti Azadə Hüseynova təyin olunub.
O, fəaliyyətinə 1988-ci ildə Azərbaycan Xalça Muzeyində başlayıb, 1994-2005-ci illərdə İstiqlal Muzeyinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Azadə Hüseynova 2016-cı ildə “Tərəqqi” medalı ilə təltif edilib.