Hollivud ulduzu məşhurluğun mənfi tərəflərini açıqladı

Hollivud ulduzu məşhurluğun mənfi tərəflərini açıqladı
16 fevral 2024
# 15:30

65 yaşlı Hollivud ulduzu Şeron Stoun məşhurluğun xoşagəlməz tərəflərini açıqlayıb.

Kulis.az xəbər verir ki, aktrisa bu barədə "İnStyle" jurnalına müsahibəsində danışıb:

"Məşhur olmaq o deməkdir ki, artıq müntəzəm reyslərlə uçmaq mümkün olmayacaq. Bununla yanaşı, dəbli görünmək üçün vizajistlər, stilistlər və təhlükəsizlik üçün cangüdənlər işə götürməlisən. Məni hətta Amazon meşələrində də tanıyırlar.

Məşhur olmaq çox baha başa gəlir. Yeməyə gedirsən və masada 15 nəfər varsa, məbləği sən ödəyirsən. Hər dəfə üç min dollarlıq nahar hesabı gəlir".

# 571 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #