“Hikmət mücrüsü” kitabının təqdimatı keçirilib

“Hikmət mücrüsü” kitabının təqdimatı keçirilib
24 aprel 2025
# 15:10

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə hazırlanan “Hikmət mücrüsü” kitabının təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, təqdimatdan əvvəl Xalq şairi haqqında videoçarx nümayiş olunub və onun yaradıcılığına həsr edilmiş virtual sərgi təqdim edilib.

Tədbirdə çıxış edən Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova qeyd edib ki, Bəxtiyar Vahabzadə haqqa, ədalətə və azadlığa çağıran bir şair olub.

Kitabın ön sözünü İslam Sadıq yazıb.

Qeyd edək ki, yubilyarın müxtəlif dillərdə çap edilən kitablarının virtual sərgisi kitabxananın saytında yerləşdirilib.

# 114 dəfə oxunub

Müəllifin son yazıları

# # #