"Netflix" Meqanın verilişini bağladı

"Netflix" Meqanın verilişini bağladı
21 yanvar 2026
# 10:46

“Netflix” Meqan Marklın aparıcılıq etdiyi “Sevgi ilə Meqan” layihəsinin davamını çəkməkdən imtina edib.

Kulis.az xəbər verir ki, bu qərardan sonra 44 yaşlı Meqan Markl fəaliyyət istiqamətini dəyişərək şəxsi brendinin qurulmasına fokuslanacaq və kulinariya ilə bağlı paylaşımlarını sosial media üzərindən davam etdirəcək.

Xatırladaq ki, şounun ikinci mövsümü 2025-ci ildə yayımlansa da, Meqan Marklın evində məşhurları qəbul etdiyi layihə premyera həftəsində “Netflix”in ən çox izlənilən 10 proqramı sırasına daxil ola bilməmişdi.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər