Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı oldu

Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı oldu
1 noyabr 2025
# 10:12

Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində “ART Weekend” festivalının rəsmi açılışı olub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə paytaxtımızda başlayan “ART Weekend” bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib.

Rəsmi açılışda “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Milli Məclisin sədri Sahibə Qafarova, mədəniyyət naziri Adil Kərimli və digər qonaqlar iştirak ediblər.

Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında sərgi, görüş, performanslar təşkil olunur.

Festivalın Heydər Əliyev Mərkəzindəki açılış tədbirində məşhur kolumbiyalı rəssam-heykəltaraş Fernando Boteronun əsərlərindən ibarət “Bədii formanın təntənəsi” (“The Triumph of Form”) sərgisinin təqdimatı keçirilib.

Qeyd edək ki, paytaxtımızda ilk dəfə təşkil olunan “ART Weekend” festivalı noyabrın 2-dək davam edəcək.

# 79 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər