"Həyat, deyəsən, gözəldir" filmi təqdim edildi

"Həyat, deyəsən, gözəldir" filmi təqdim edildi
27 may 2023
# 11:39

Xalq artisti, rejissor Vaqif Mustafayevin "Həyat, deyəsən, gözəldir" filminin təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Rəngkarlığı Muzeyində baş tutan təqdimat mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin müdiri Rüfət Həsənov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Xalq artisti Oqtay Mirqasımov, yazıçı-publisist Əlisəfdər Hüseynov, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli Cabbarov çıxış ediblər.

Filmdə Hikmət Rəhimov, Sevinc Əliyeva, Nino Qomarteli, Dmitri Samxaradze, Giorgi Celiya və Aftandil Maxaradze rol alıblar.

Qeyd edək ki, film 44 günlük Vətən müharibəsindən bəhs edir.

# 3436 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #