Mərkəzi Klinik Xəstəxanada dörd gün müalicə alan xalq şairi Zəlimxan Yaqub dünən evə buraxılıb.
Bu barədə Kulisə şairin özü məlumat verib.
O, bildirib ki, indi özünü yaxşı hiss edir. Z.Yaqub “Ağrılarımı götürdülər. İndi nisbətən yaxşıyam” – deyə bildirib.
Xatırladaq ki, şair böyrək çatışmazlığından əziyyət çəkir.