2020-ci ildə sizə lazım olmayacaq şeylər - Siyahı

2020-ci ildə sizə lazım olmayacaq şeylər - <span style="color:red;">Siyahı
30 dekabr 2019
# 21:00

Hər gün müxtəlif mənfi emosiyalarla yüklənirik. Bunlardan necə xilas olmaq olar? Bizim mühüm hesab etdiyimiz bir çox şey var ki, əslində onlar heç lazım deyil.

Kulis.az 2020-ci ildə bizə lazım olmayan fikirlərin, vərdişlərin siyahısını təqdim edir.

Təəssüf – vaxt gələcək siz başa düşəcəksiniz ki, həmin an həqiqətən etmək istədiyinizi etmisiniz, təəssüflənməyin.

Müqayisə etmək. - Və başqalarının daha müvəffəqiyyətli, xoşbəxt olduğunu düşünmək. Siz indi olmalı olduğunuz yerdəsiniz. Sizin irəliləməniz isə tam olaraq öz istəklərinizdən asılıdır.

Özünüzü güclü və ruhlandırılmış hiss etməyimizə mane olan fikirlər. İndiki halda biz nə düşünürüksə, oyuq. Özünüzə inanın.

Günah hissi. Nəyisə istəyib etdiyinizə görə...

Qeyri-müəyyənlik qorxusu. Unutmayın ki, yol – yeriyən adamın ayaqlarının altında peyda olur.

Keçmişin yükü və sizin gələcəyinizə təsirləri. Əgər siz yeni addımlar atmaq üçün gələcəyi gözləyirsiniz, gələcək artıq gəlib, indidir.

Narahatlıq – qorxularınızın həyata keçməsi üçün dua etmək kimi bir şeydir.

Boş ittihamlar - əgər sizin nəsə xoşunuza gəlmirsə, iki yolunuz var: ya onu dəyişdirmək, ya da qəbul etmək.

Lazımsızlıq hissi – siz bu dünyaya lazımsızını, əks halda heç siz mövcud olmazdınız. Siz mövcud olduğunuz kimi lazımsınız.

Sizin arzularınızın mühüm olmamağı fikri – ürəyinizin səsinə qulaq asın, o, nə lazım olduğunu yaxşı bilir.

Yalnız iki yolu görmək vərdişi – səhv və doğru yol. Dünya müxtəlif çalarlarla zəngindir, bu ziddiyyətlərdən və zənginlikdən yararlanın.

Keçmiş sevgiliyə və dostlara neqativ münasibət. Biz hamımız sevgi və diqqətə layiqik. Amma hər şeyin bir sonu var. Münasibətlər bitibsə, deməli belə lazım imiş.

Lazım olduğundan artığını etmək hissi. Siz gücünüz çatanı edirsiniz, bu bəsdir.

Hər şeyi bilməlisən. Həyat bir yoldur və addımda biz nəsə öyrənirik. Əvvəlcədən hər şeyi bilmək qeyri-mümkün deyil.

Daim pul barəsində narahatlıq keçirmək. Çalışın büdcə planınız olsun ki, hər şeyi çatdıra biləsiniz. Plan olanda rahat nəfəs almaq olur.

İnsanları dəyişmək və ya xilas etmək cəhdləri. Hər insanın öz yolu var. Başqalarına məsləhət vermək əvəzinə, insanlar öz üzərində işləsəydi, daha yaxşı nəticələr əldə olunardı.

Hamının xoşuna gəlmək. Sizi unikallığınız sizi kütlədən fərqləndirən əsas xüsusiyyətdir. Sizin hamının xoşuna gəlmək öhdəliyiniz yoxdur. Qoy hamının sizi sevmək öhdəliyi olsun.

# 2503 dəfə oxunub

Müəllifin son yazıları

# # #