Henry Cavill Türkiyədə zəlzələdən zərərçəkənlərə 1 milyon dollar bağışladı

Henry Cavill

Henry Cavill

7 mart 2023
# 13:50

Britaniyalı aktyor Henry Cavill Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım üçün 1 milyon dollar bağışlayıb.

Kulis.az xəbər verir ki, bu barədə “Turkish Posts English” məlumat yayıb.

Sənətçi Kahramanmaraşa ərzaq və heyvan yeminin çatdırılmasını da təşkil edib.

Xatırladaq ki, fevralın 6-da Kahramanmaraşın Pazarcık bölgəsində 7,7 bal gücündə və Elbistan bölgəsində isə 7,6 bal gücündə iki dağıdıcı zəlzələ baş verib.

# 752 dəfə oxunub

Müəllifin son yazıları

# # #