Həddindən artıq çalışan və dəyəri bilinməyən insanların simvolu: “Ağlayan at”

Həddindən artıq çalışan və dəyəri bilinməyən insanların simvolu: “Ağlayan at”
29 yanvar 2026
# 17:40

Çində istehsal xətası nəticəsində üzündə kədərli ifadə yaranan “ağlayan at” adlı yumşaq oyuncaq qısa müddətdə fenomenə çevrilib.

Kulis.az xəbər verir ki, əvvəlcə Ay Yeni İli üçün bəzək əşyası kimi hazırlanan oyuncaq sosial şəbəkələrdə viral olduqdan sonra həddindən artıq çalışan və dəyəri bilinməyən insanların simvolu kimi qəbul edilir.

"Weibo" platformasında paylaşımlar on milyonlarla baxış toplayıb.

Sosial tədqiqatçılar bu trendi ictimai yorğunluğa verilən psixoloji reaksiya kimi qiymətləndirirlər.

Qeyd edək ki, “ağlayan at”a artıq Çin xaricindən də böyük sifarişlər daxil olur.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər