Harrison Ford "Indiana Jones"la vidalaşır

Harrison Ford "Indiana Jones"la vidalaşır
25 aprel 2023
# 17:00

Amerikalı aktyor Harrison Ford "Indiana Jones və The Dial of Destiny" filmində sonuncu dəfə rol oynayacağını açıqlayıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Ford bu barədə "Total Film" jurnalına deyib.

“Bu, seriyanın son filmidir və mən bu personajı sonuncu dəfə canlandıracağam”, - deyə sənətçi qeyd edib.

Fordun hazırlanmaqda olan televiziya serialında rol alacağına ümid edənlərə cavab olaraq, aktyor əlavə edib ki, serial olarsa, onda iştirak etməyəcək.

Qeyd edək ki, "İndiana Cons"un beşinci hissəsi amerikalı kinorejissor Ceyms Mangold tərəfindən idarə olunur.

# 883 dəfə oxunub

Müəllifin son yazıları

# # #