Aqil Abbas səhhətində yaranan problemdən danışdı

Aqil Abbas səhhətində yaranan problemdən danışdı
8 dekabr 2023
# 13:49

Milli Məclisin deputatı Aqil Abbas səhhətində yaranan problemdən, müalicəsindən danışıb.

Kulis.az APA-ya istinadən xəbər verir ki, Aqil Abbas Milli Məclisin bu gün keçirilən iclasında qeyd edib ki, xəstəliyi ilə bağlı məsələni heç kimə deməyib.

“Mənim səhhətimlə əlaqədar Vətəndən uzaqda olanda məni axtardınız, tapdınız, danlandınız ki, kömək etmək, yardım etmək məsələsini niyə deməmisiniz. Mən ailəmdən başqa heç kimə deməmişəm. Bunu sizə bildirəndə siz də dediniz ki, Milli Məclis sənin ailən deyilmi? Bu, mənə bir şapalaq kimi dəydi. Haqlısınız, Milli Məclis bizim ailəmizdir. Buna görə sizə, bütün deputat dostlarıma təşəkkür edirəm. Bir də üzr borcum var. O gün 18 ildə ilk dəfə qanunu pozub ayaq üstdə durub danışdım. Buna görə də sizdən və deputat həmkarlarımdan bu hərəkətimə görə üzr istəyirəm”, - deyə deputat bildirib.

Spiker Sahibə Qafarova isə cavab olaraq Milli Məclisi həmişə ailə kimi gördüyünü bildirib: “Ayaq üstdə danışmağınıza görə isə üzr istəməyin. İndiyədək çoxları burada ayaq üstdə danışıb”.

# 843 dəfə oxunub

Müəllifin son yazıları

# # #