"Harri Potter" in aktyoru vəfat etdi

"Harri Potter" in aktyoru vəfat etdi
15 oktyabr 2022
# 10:15

Britaniyalı aktyor Robbi Koltreyn vəfat edib.

Kulis.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişən aktyorun ölüm səbəbi məlum deyil.


Məşhur aktyor "Harri Potter" film seriyasında "Haqrid" personajını canlandırıb. Aktyor ötən əsrin sonlarında "Parıltılı Qordon", "Mona Liza", "Qızıl Göz", "Alisa möcüzələr ölkəsində" filmlərində də rol alıb.


Dostları Robbinin artıq çəkidən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, o, son illər əlil arabasında gəzirmiş.


# 1222 dəfə oxunub

Müəllifin son yazıları

# # #