“Hadrut, sən azadsan!” sənədli filminin təqdimatı olub

“Hadrut, sən azadsan!”  sənədli filminin təqdimatı olub
23 dekabr 2023
# 10:40

Nizami Kino Mərkəzində “Hadrut, sən azadsan!” sənədli filminin təqdimatı keçirilib.

Kulis.az xəbər verir ki, filmin təqdimat mərasimində Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Müdafiə Nazirliyinin kollektivi, mədəniyyət və incəsənət xadimləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ekran əsəri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin sifarişi ilə Bakı Media Mərkəzi və “Azərbaycanfilm” kinostudiyası tərəfindən istehsal edilib. Filmin baş prodüseri Arzu Əliyeva, prodüserləri Orman Əliyev və Nazim Hüseynov, ssenari müəllifi Rasim İsmayılov, quruluşçu rejissoru Cavidan Şərifov, quruluşçu operatorları Ziya Babayev və Əli Əliyevdir.

Filmdə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin parlaq səhifələrindən olan Xocavənd rayonunun Hadrut qəsəbəsinin düşmən işğalından azad olunması (9 oktyabr) əməliyyatından bəhs edilir. Burada “Dəmir yumruq” əməliyyatının əsas həlqəsi sayılan qəsəbənin azad olunması planının unikal formada təşkil edilməsi və uğurla həyata keçirilməsi öz əksini tapıb.

# 651 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #