Gəncədə aşıq Molla Cüməyə həsr olunmuş tədbir keçiriləcək

Gəncədə aşıq Molla Cüməyə həsr olunmuş tədbir keçiriləcək
9 oktyabr 2024
# 13:42

Gəncə Dövlət Filarmoniyasında "Musiqi kimliyimiz" layihəsi aşıq Molla Cüməyə həsr olunacaq.

Kulis.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə "Musiqi kimliyimiz" layihəsi 16-18 oktyabr tarixlərində keçiriləcək.

Aşıq poeziyasının görkəmli nümayəndələrindən biri Aşıq Molla Cümənin 170 illiyinə həsr olunacaq layihə çərçivəsində konfrans, dastan axşamı, ədəbi-bədii gecə baş tutacaq.

# 127 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #