Gəncə Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə görüş keçirildi

Gəncə Dövlət Universitetində Qəşəm Nəcəfzadə ilə görüş keçirildi
21 may 2025
# 11:30

Məzunu olduğu universitetdə şair Qəşəm Nəcəfzadə ilə keçirilən görüş maraqla qarşılanıb.

Kulis.az xəbər verir ki, tədbiri universitetin prorektoru Gülsüm Fətəliyeva açıb və belə görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb.

Sonra şair haqqında kiçik film nümayiş olunub.

Milli Məclisin üzvü Universitetin prorektoru Pərvin Kərimzadə Qəşəm Nəcəfzadə şeirlərinin bədii xüsusiyyətləri haqqında danışıb.

Görkəmli Yazıçı Qərib Mehdi, Azərbaycan Yazıçılar Birliyinin Gəncə filıalının sədri Xəzəngül Hüseynova, şairlərdən Saleh Qurbanov, Sahib İbrahimli, Zülfiyyə Yaqub, Aybəniz Kürəkçaylı, Nüşabə Əsəd Məmmədli, İlham İnam şairin tələbəlik illərindən, yaradıcılığının bəzi məqamlarıdan söz açıblar.

Qeyd edək ki, tədbirdə Qəşəm Nəcəfzadə yeni şeirlərini oxuyub, tələbələrin sualları cavablandırıb və kitablarını imzalayıb.

# 179 dəfə oxunub

Müəllifin son yazıları

# # #