Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı

Türkiyəli məşhurların narkotik testlərinin nəticəsi açıqlandı
28 noyabr 2026
# 16:17

Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində saxlanılan Özcan Deniz, Deniz Çakır və Burcu Özberkin analizlərinin nəticəsi bəlli olub.

Kulis.az xəbər verir ki, onların hər üçünün analiz cavabı mənfi çıxıb.

İstanbul Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində 35 nəfər barəsində saxlanılma qərarı verilib.

Onlardan 24-ü saxlanılıb və ifadə verdikdən sonra bir qismi məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb.

Şübhəlilərdən Ceylan Kaya isə həbs edilib.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər