İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq

İnsanları üzbəüz ünsiyyətə təşviq edən sərgi - Stolüstü tennis oynayaraq
28 noyabr 2026
# 15:34

Britaniya-Fransa əsilli rəssam və kinorejissor Şarlotta Kolberin “Conversations with Strangers” (“Yadlarla söhbətlər”) adlı yeni interaktiv sərgisi Londondakı “Saatchi Gallery”də ziyarətçilərə təqdim olunub.

Kulis.az xəbər verir ki, sərgi insanları telefonları kənara qoymağa, xüsusi hazırlanmış heykəltəraşlıq nümunəsi olan stolüstü tennis masalarında oyun oynayaraq üzbəüz ünsiyyət qurmağa təşviq edir.

Kolber qeyd edib ki, alqoritmlərin kiminlə danışacağımızı və hansı məlumatı alacağımızı idarə etdiyi bir dövrdə yad insanlarla söhbət etmək bir növ etiraz formasıdır.

Rəssamın fikrincə, stolüstü tennis insanı dərhal indiki ana bağlayan və yaradıcılığa yol açan fəaliyyətdir.

Layihə Fransada Lebrun qardaşlarının Olimpiya uğurları və Timoti Şalamenin "Marty Supreme" filmindəki rolu ilə stolüstü tennisə marağın artdığı dövrə təsadüf edir.

Sərgiyə paralel olaraq Kolber “Art of Ping Pong” dizayn studiyası ilə birlikdə sürreal naxışlı, divara bərkidilə bilən məhdud sayda masa, raketka və tor kolleksiyası da hazırlayıb.

Qeyd edək ki, sərgi 2027-ci ilin yanvar ayınadək ödənişsiz ziyarət üçün açıq olacaq.

# 66 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər