"Qəzəbli quşlar" seriyası davam edəcək: Yeni film üçün hazırlıqlar başladı

"Qəzəbli quşlar" seriyası davam edəcək: Yeni film üçün hazırlıqlar başladı
10 iyun 2024
# 15:30

Məşhur kompüter oyunundan böyük ekran üçün uyğunlaşdırılan "Qəzəbli quşlar" seriyasının ilk iki filmi dünya üzrə yarım milyard dollardan çox gəlir əldə edib.

Kuis.az xəbər verir ki, 5 illik fasilədən sonra “Qəzəbli quşlar” filminin üçüncü hissəsi çəkiləcək.

Qırmızı və Çakın yeni macəralarından bəhs edən "Qəzəbli quşlar 3" filmində bu personajları Ceyson Sudeikis (Ted Lasso) və Coş Qad (Frozen) səsləndirəcəklər.

Filmin rejissoru Con Rays, ssenari müəllifləri Toru Nakahara və Turop van Ormandır.

# 352 dəfə oxunub

Müəllifin son yazıları

# # #