Məşhur qorxu seriyası “Mişar”ın ("Saw") on birinci filminin hazırlıq prosesi davam edir.
Kulis.az xəbər verir ki, “Blumhouse” şirkətindən verilən rəsmi açıqlamaya əsasən, bir müddətdir təxirə salınan ekran əsəri 2028-ci ildə izləyicilərə təqdim olunacaq.
2025-ci ilin martındakı fikir ayrılıqları səbəbindən yaşanan fasilədən sonra layihə yenidən formalaşdırılıb.
Filmin rejissoru Mayk P. Nelson, ssenaristləri isə Qreqori Veydman və Ceff Tok olacaq.
Prodüser heyətində Ceyson Blum ilə yanaşı, 2004-cü ildə ilk "Saw" filmini ərsəyə gətirən Ceyms Van və Li Uonnell də yer alır.
Qeyd edək ki, seriyanın yaradıcılarının layihəyə qayıtması yeni filmə olan marağı artırıb.