İkinci Qarabağ müharibəsində qazanılan tarixi zəfərə həsr olunan ədəbi müsabiqənin qalibi müəyyənləşib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunmuş müsabiqəyə dram janrı üzrə təqdim olunan 8 əsərin arasından Sevinc Elsevərin “Çiçək məktublar” əsəri qalib seçilib.
Qeyd edək ki, qalibə 5 000 (beş min) manat pul mükafatı və Nazirliyin xüsusi diplomu təqdim olunacaq.