Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır

Gənc Tamaşaçılar Teatrı qastrol səfərinə yollanır
24 iyun 2023
# 11:15

Mədəniyyət Nazirliyi Ümummilli lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrın yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində iyun ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verilib.Bu çərçivədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı iyunun 27-i saat 15:00-da Lənkəran Dövlət Dram Teatrında "Bremen musiqiçiləri" tamaşası ilə çıxış edəcək.

Teatrın mətbuat xidmətindən Kulis.az-a verilən məlumata görə, Qrim qardaşlarının eyniadlı məşhur nağılının motivləri əsasında yazılan pyesin müəllifləri Yuri Entin və Vasili Livanovdur.

Tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu rəssamı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradovadır.
Səhnə əsərində Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Əliheydər, Xaliq Bəkirov, Araz Primov, Müşviq Əliyev, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Lətifova, Elgün Yəhyayev, Anar Səfiyev, Ramil Məmmədov, Aydın Dəmirov, Tahir İsmayılov, Nuranə Hüseynova, Gülbəniz Mustafayeva, Hilal Dəmirov iştirak edirlər.

“Bremen musiqiçiləri” iki gəncin sevgisindən bəhs edən həzin, uşaqlar üçün nəzərdə tutulmuş bir nağıldır. Ən fərqli nəsillərin maraq göstərdiyi bu əsər tamaşaçılarda xoş duyğular yaradır. Tamaşanın yaradıcı heyəti balacalarda gözəl hisslər tərbiyə etməyə, onlarda pozitiv ovqat yaratmağa çalışırlar. Tamaşanın dinamikası, peşəkar aktyor oyunu və əlbəttə xoşbəxt sonluq hər kəsdə xoş hisslər oyadır.

# 1089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #