Tarantino Polanskinin öldürülən qadınından film çəkir

Tarantino Polanskinin öldürülən qadınından film çəkir
21 noyabr 2017
# 10:33

Kinorejissor Kventin Tarantinonun yeni filminin detalları bəlli olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, filmdəki hadisələr rejissor Roman Polanskinin hamilə arvadı aktrisa Şeron Teytin şeytan ləqəbli qatil Çarlz Mensonun “Ailə” sektasının üzvləri tərəfindən öldürülməsinin fonunda baş verəcək.

Filmin Los Ancelesdə Menson və davamçılarının silahlandırıldığı 1969-cu ildə baş verən qanlı hadisələrə fokuslanmayacağı bəlli olub.

“Bu, Çarlz Menson haqda deyil, bu, 1969-cu ildir” – Tarantino özü filmində baş verən hadisələr haqda demişdi.

Rejissorun 9-cu filmində Teytin və onun yeddi dostunun qətl səhnəsinin olacağı ehtimal edilir. Müəllif Teyt roluna aktrisa Marqo Robbini çəkmək istəyir.

Ssenari üzərində iş beş ay qabaq tamamlanıb. Filmin çəkilişləri gələn ilin iyununa nəzərdə tutulub. Deyilənə görə, rejissor filmə 100 milyon dollarlıq büdcə ilə başlamaq istəyir. Həmçinin, Tarantinonun final montajını etmək haqqı var.

Rejissorun sonuncu “Möhtəşəm səkkizlik” filmi kassada uğur qazanmadı, halbuki tənqidçilərin rəğbətini qazanmışdı. Bununla belə 44 milyon büdcəsi olan film dünya prokatından 155 milyondan artıq məbləğ toplamışdı.

Xatırladaq ki, dünən silsilə qətllər törətmiş ömürlük məhkum 83 yaşlı Çarlz Mensonun vəfat etdiyi məlum olub.

Mensonla birgə 1969-cu ildə Onun “Ailə” sektasının üzvləri də silsilə qətllər törtətməkdə təqsirli bilinib. Roman Polanskinin hamilə arvadı Şarl Teyt də daxil olmaqla onlar 9 nəfəri qətlə yetirib. Sekta üzvləri haqqında qaz kamerasında boğulmaqla ölüm hökmü kəsilib. 1972-ci ildə ölüm hökmü ömürlük həbslə əvəz olunduğundan onlara ömürlük həbs verilib.

# 1080 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #