Gənc rəssamların əsərlərindən ibarət sərgi açıldı

Gənc rəssamların əsərlərindən ibarət sərgi açıldı
3 iyun 2024
# 10:15

Bakıdakı Rus evində "Rəngin sehri" adlı sərginin açılışı olub və Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram konserti keçirilib. Tədbir Bakıdakı Rus evi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) tərəfindən birgə təşkil olunub.

Kulis.az xəbər verir ki, iyunun 2-dək davam edəcək sərgidə təsviri sənət müəllimi Səbinə Ağasiyevanın rəhbərliyi ilə SabinArt Rəssamlıq Məktəbinin gənc rəssamlarının, şagirdlərinin 45 əsəri təqdim olunub.

Tədbirin aparıcısı və kuratoru sənətşünaslıq üzrə fəlsəfə doktoru BMA-nın baş müəllimi Alyona İnyakina olub.

Bayram axşamında gənc rəssamlara diplom və hədiyyələr təqdim edilib.

# 470 dəfə oxunub

Müəllifin son yazıları

# # #