Həmid Herisçi: “Bu şəklim saxtadır”

Həmid Herisçi: <span style="color:red;">“Bu şəklim saxtadır”
13 iyun 2016
# 15:20

Bu gün Kulis.az-da yazarlarımızın mətbuatda məşhurluq qazanan şəkilləri haqqında “Bu şəkillər heç vaxt unudulmayacaq" adlı material yayımlanıb. Materialda tanınmış yazar Həmid Herisçiyə də yer ayrılıb. H.Herisçi isə saytımıza müraciət edərək ilk dəfə “Alatoran” jurnalında çap olunan bu fotosunun orijinal olmadığını deyib və bununla bağlı qısa açıqlama verib. Açıqlamanı təqdim edirik:

“Əfsus ki, mənim təhrif edilmiş şəkilim çap edilib. Bu, əlbəttə redaksiyanın günahı deyil. Vaxtıyla bu şəkil təhrif edilib, düşüb internet cəngəlliklərinə... Siz də onu götürüb təzədən tirajlamısınız. Gəlin bu şəkli indi özünə qaytaraq. Bu şəkil Təbrizdə çəkilib. 1990-da... Evimizin önündə, Hacı Cabbar Naib küçəsində... Şəklin bu variantı 1937-ci ildə çəkilmiş zindan şəkillərini xatırladır. Müşfiqin oxşar şəkli var. Maraqlı təzaddır. Elə bil şəkil məndən ayrılaraq bir başqa müstəqil, yad həyat yaşayıb. Şəklin orijinalında qələmim sol döş cibimə sancılıb. Yəni solaxaylığım burda da özünü bildirib.”

Şəklin orijinalı

# 1358 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #