Almaniyada yaşayan gənc pianoçu Nərmin Nəcəflinin Berlində “Narın içində not” adlı solo konserti keçilib.
Kulis.az xəbər verir ki, konsert Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunub və dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr edilib.
Tədbirdə Azərbaycanın Almaniyadakı səfirliyinin və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, diaspor nümayəndələri və yerli musiqisevərlər iştirak ediblər.
Qeyd edək ki, Nərmin Nəcəfli gecədə Üzeyir Hacıbəyli, Qara Qarayev, Tofiq Quliyev, Vaqif Mustafazadə, Fərhad Bədəlbəyli, Adil Bəbirov kimi görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Bununla yanaşı, Frederik Şopen və Frans List kimi dünyaşöhrətli bəstəkarların nümunələri də ifa olunub.