Bakı Bələdiyyə Teatrı Beynəlxalq Teatr Şəbəkəsinin üzvü oldu

Bakı Bələdiyyə Teatrı Beynəlxalq Teatr Şəbəkəsinin üzvü oldu
13 mart 2013
# 13:44

Bu ilin yanvar ayında Bakı Bələdiyyə Teatrı beynəlxalq teatr şəbəkəsi olan IETM (Informal European Theatre Meeting)-in rəhbərliyindən bu nüfuzlu təşkilata üzv qəbul olunmaq təklifli almışdır.

Kulis.Azın məlumatına görə indiyə qədər Gürcüstan və Ermənistan 10-a yaxın teatr kollektivi ilə bu təşkilatda təmsil olunmasına baxmayaraq, Azərbaycan hələ bu təşkilatda təmsil olunmayıb. Mərkəzi ofisi Brüsseldə yerləşən, Şərqi və Qərbi Avropanın teatr kollektivlərini birləşdirən bu nüfuzlu Beynəlxalq təşkilatda Azərbaycanı ilk olaraq Bakı Bələdiyyə Teatrı təmsil edir.

Teatrın rəhbəri Amaliya Pənahovanın bildirdiyinə görə təşkilatda üzvlük requlyar olaraq təşkil olunacaq, seminarlarda, master-klaslarda, birgə layihələrdə iştirakına kömək ediləcək.

Əsas məqsədi mədəni mühitin inkişafı olan IETM - Beynəlxalq Teatr Şəbəkəsi Avropa mədəniyyət qurumlarının təbliği işində lider təşkilatlardandır.

# 2471 dəfə oxunub

Müəllifin son yazıları

# # #