Bakıda beynəlxalq xalça simpoziumu keçiriləcək

Bakıda beynəlxalq xalça simpoziumu keçiriləcək
1 iyun 2016
# 10:04

İyunun 2-də Xalça Muzeyində Mədəniyyət və Turizm Nazirliyi və Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə “I Beynəlxalq türk dünyasının ortaq dili naxışlar” mövzusunda simpozium və sərgi keçiriləcək.

Kulis.Az Azərtac-a istinadən bildirir ki, tədbirin təşkil olunmasında əsas məqsəd türkdilli dövlətlərdə və regionlarda naxışları tanıtmaqdan, uzaq yerlərdə yaşayan türk mənşəli xalqlara naxışlarının ortaq şəkildə istifadə olunmasını göstərməkdən ibarətdir.

Sərgi iyunun 3-dək davam edəcək.

Qeyd edək ki, minillik tarixə malik türk mənşəli xalqların mədəniyyətinin ən əhəmiyyətli maddi elementlərinin başında xovlu və xovsuz xalça nümunələri durur. Bu xüsusiyyəti ilə naxışlar, türk xalqları tarixinin qədimliyini, türk duyğu və fikir dünyasında çox əhəmiyyətli izlər qoyduğunu ifadə edir.

# 872 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #