Fransada sinaqoqdan dəyəri 100 min avro olan Tövrat tomarları oğurlandı

Fransada sinaqoqdan dəyəri 100 min avro olan Tövrat tomarları oğurlandı
29 iyul 2026
# 11:40

Fransanın Levallua-Perre şəhərində iki nəfər sinaqoqa daxil olaraq 13–15 ədəd Tövrat tomarı (əllə yazılan Tövrat kitabı) oğurlayıb.

Kulis.az xəbər verir ki, bu barədə "Le Figaro" nəşri şəhərin meri Anyes Potye-Dümaya istinadən məlumat yayıb.

Oğurlanan artefaktların təxmini dəyəri 80 min–100 min avro təşkil edir. İstintaqın ilkin nəticələrinə görə, cinayətkarlar sinaqoqa kəndir vasitəsilə dırmaşaraq daxil olublar.

"Bu, Fransada və bütün dünyada yəhudi icması üçün mənəvi bir travmadır. Hücumun hədəfi Tövrat olub; heç bir əmlaka zərər dəyməyib, başqa heç bir əşya oğurlanmayıb", – deyə Levallua Yəhudi Mədəniyyət və Din Assosiasiyasının prezidenti Filipp Koen bəyan edib.

Öz növbəsində, Levallua-Perrenin ravvini Şalom Lelluş törədilən cinayəti antisemitizm aktı adlandırıb.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər