FHN “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirdi

FHN “Şəhərsalma və Memarlıq İli”  ilə bağlı tədbir keçirdi
1 oktyabr 2026
# 12:09

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən “Təhlükəsiz və estetik şəhər modeli - müasir şəhərsalma baxışı” mövzusunda tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunda keçirilən tədbirdə FHN-in aidiyyəti qurumlarının məsul əməkdaşları, FHN Akademiyasının, Memarlıq və İnşaat Universitetinin, eləcə də Azərbaycan Memmarlar İttifaqının nümayəndələri iştirakı ediblər.

Tədbiri giriş sözü ilə açan Regional Mərkəzin rəisi polkovnik Elnur Məhərrəmov ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bədlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb.

Tədbir zamanı çıxış edən natiqlər ölkəmizdə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində görülən müvafiq tədbirlər, şəhərsalma və memarlıqla bağlı sağlam və dayanıqlı mühitin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıblar.

Tədbirdə, həmçinin tikintidə təhlükəsizlik normalarından, yaşayış məntəqələrinin planlı inkişafı zamanı ekoloji təhlükəsizliyin təmin edilməsindən bəhs olunub, ətraf mühitin mühafizəsi, insanların həyatına, sağlamlığına və əmlakına zərər vurulmasının qarşısının alınması istiqamətində atılan addımlardan danışılıb.

Tədbirdə suallar cavablandırılıb, müzakirə olunan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda videoçarx nümayiş olunub.

# 39 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər