Əfqanıstanın ilk qadın rejissoru güllələndi

Əfqanıstanın ilk qadın rejissoru güllələndi
26 avqust 2020
# 18:50

Əfqanıstanın ilk qadın rejissoru və aktrisası Saba Sahar Kabildə üç nəfər tərəfindən güllələnib.

Kulis.az xəbər verir ki, rejissorun həyat yoldaşı Emal Zakinin ifadəsinə görə 44 yaşında olan Saba Sahar şəxsi avtomobilində olan zaman üç nəfər silahlı adamın hücumuna məruz qalaraq qarın nahiyəsindən dörd güllə yarası alıb.

Rejissorun vəziyyəti iyirmi saatlıq həkim müdaxiləsindən sonra yaxşılaşmağa başlayıb.

Saba Film İnstitutunun qurucusu olan sənətçi bu günə qədər üç müstəqil filmə rəhbərlik edib. “Komissar Amanullah” adlı 24 hissəlik serialın rejissoru olan Sahar serialda baş rollardan birini də ifa edib. Yaradıcılığında daha çox talibançılardan, narkotika alveri ilə məşğul olan dəstə başçılarından və qadınların azadlığına qarşı çıxan mühafizəkar müsəlmanlardan bəhs edib.

# 2276 dəfə oxunub

Müəllifin son yazıları

# # #