Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib.
“Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb”, – o bildirib.
Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.