Flora Kərimova: Bəzənib şəhid ailələri ilə görüşməyin!

Flora Kərimova, Xalq artisti

Flora Kərimova, Xalq artisti

22 dekabr 2021
# 15:40

"Müğənnilərdən bir xahişim var: Yalvarıram sizə, şəhid anaları, xanımları ilə görüşəndə bəzəkli-düzəkli getməyin. Bu yaxınlarda məni dəvət etdilər. Müğənnilər çox dəbdəbəli gəldilər".

Kulis.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova televiziya verilişlərinin birində deyib. Müğənni sənət adamlarına səslənib. O bildirib ki, şəhid anaları, övladları ilə görüşə gedənlər çox bəzənirlər:

"Şəhid anası ağappaq saçla oturub. Onun yanında yeddiqatdan çıxmış müğənni... Müğənni hiss etmir ki, o, ananın gözündə yaş, üsyan var. Nə olar bəzənməyin. Çünki o xanımın, ananın, ağbirçəyin gözündə həsrəti görürsüz, hiss etmirsiz? Onun həyat yoldaşı, övladı, nəvəsi torpağın övladıdır, bizə görə canını verib. Siz bərli-bəzəkli gələndə... Qadının səliqə boynuna biçilib, amma...".

# 1901 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #