"Ferrari" filminin yayım tarixi açıqlandı

"Ferrari" filminin yayım tarixi açıqlandı
14 iyul 2023
# 14:37

Maykl Mannın rejissorluq etdiyi "Ferrari" filminin nümayiş tarix açıqlanıb.

Kulis.az xəbər verir ki, film dekabrın 25-də ekranlara çıxacaq.

Filmdə Enzo Ferrarini Adam Driver, Penelope Kruz isə Enzonun həyat yoldaşı Laura Ferrari rolunu oynayıb.

"Ferrari"nin heyətində Şeylin Vudli, Cek O'Konnell, Sara Qadon, Patrik Dempsi və Qabriel Leon da var.

Film məşhur idman avtomobil şirkəti olan "Ferrari"nin qurucusu Enzo Ferrarinin 1957-ci ildə "Mille Miglia" yarışında iştirak etdiyi dövrdən bəhs edir.

# 711 dəfə oxunub

Müəllifin son yazıları

# # #