Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu ilə bağlı məhkəmə qərarı

Fazil Mustafaya sui-qəsd edən Səricanovun oğlu ilə bağlı məhkəmə qərarı
11 iyul 2025
# 11:56

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun həbs müddəti uzadılıb.

Kulis.az xəbər verir ki, bu barədə vəkil Bəxtiyar Hacıyev bildirib.

Onun sözlərinə görə, Səbail rayon Məhkəməsində təqdimata baxılıb. Məhkəmə həbs müddətinin 4 ay uzadılması barədə qərar verib.

Qeyd edək ki, Əbülfəz Səricanov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona DTX-də başlanılmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.

Bu maddənin sanksiyasında 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

# 252 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #