“Ədəbiyyat” qəzetindən daha bir narazılıq

“Ədəbiyyat” qəzetindən daha bir narazılıq
13 iyun 2013
# 13:54

“Ev iddiamdan geri çəkilməyim barədə “Ədəbiyyat” qəzetinin məsul katibi Atababa İsmayıloğlunun dedikləri doğru deyil. Sadəcə olaraq iclasda ara qarışdı, hamı demək olar ki, bir ağızdan evi olmadığını dedi. Mən isə bu biabırçılığa dözməyərək iclası tərk etdim”.

Bu sözləri Kulis.Az-a verdiyi açıqlamada “Ədəbiyyat” qəzetində oxucu (mətni oxumaqda korrektora kömək edən şəxs-red.) vəzifəsində çalışan Elmira Rzayeva deyib.

Elmira Rzayeva deyib ki, hazırda kirayədə, çox çətin vəziyyətdə yaşayır: “72 yaşım var, qızım da, oğlum şəkər xəstəsidir. Qızımın ayaqları tutulub. Onların müalicəsi, həm də köhnə borclarımızı qaytarmaq üçün evimi 7 ay qabaq satmışam. Çox çətin vəziyyətdəyəm, amma təəssüf ki, bunu nəzərə almırlar. Haqsızlıq baş alıb gedir, ancaq mən heç kimə güzəşt edən deyiləm, sonacan mübarizə aparacağam”.

Elmira Rzayeva deyib ki, jurnalistlər üçün tikilmiş binadan ev almaq üçün fərdi qaydada prezidentə müraciət edəcək.

# 2137 dəfə oxunub

Müəllifin son yazıları

# # #