Onlara sevgimi çatdır... – Rüstəm İbrahimbəyovun son sözləri

Onlara sevgimi çatdır... – Rüstəm İbrahimbəyovun son sözləri
16 mart 2022
# 13:00

“Atam son nəfəsində dostlarına salamını çatdırmağımı istədi”

Kulis.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında mərhum Xalq yazıçısı Rüstəm İbrahimbəyovun oğlu Fuad İbrahimbəyov deyib.

O, atasının vəfatının gözlənilməz olduğunu vurğulayıb: “Şadam ki, o, Bakıya gətirildi, vətənində dəfn ediləcək. Onu sevənlər gəlib məzarını ziyarət edə biləcəklər. Əlbəttə o, böyük insan, möhtəşəm ata idi”.

F.İbrahimbəyov bildirib ki, atası ölümqabağı ondan dostlarına salam çatdırmasını istəyib: “O, son sözündə bütün dostlarına salam söylədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır”.

Qeyd edək ki, Rüstəm İbrahimbəyovla vida mərasimi "Nizami" Kino Mərkəzində baş tutub.. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

# 2328 dəfə oxunub

Müəllifin son yazıları

# # #