Estoniyada Milli Mədəniyyət Günləri-2024 çərçivəsində Azərbaycan Mədəniyyəti Günü təşkil olunub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Buta Art Studio” Azərbaycan Yaradıcılıq Mərkəzinin təşkilatçılığı və mərkəzin rəhbəri, rəssam Rövşən Quliyevin (Rövşən Nur) təşəbbüsü ilə “Qarabaşlılar qardaşlığı” evində təşkil olunub.
Diasporla İş üzrə Dövlət Komitəsindən Kulis.az-a bildirilib ki, tədbirdə soydaşlarımız və yerli ictimaiyyət nümayəndələri ilə yanaşı, Almaniya və Finlandiyadan da qonaqlar iştirak ediblər.
Fəxri qonaqlar sırasında yer alan Azərbaycan parlament qrupunun sədri Riyna Solman dostluq münasibətlərinə və mədəni dialoqa göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
- Aqşin: “Həyat yoldaşımın yalnız mənə xoş olan xüsusiyyətləri mənə maraqlı deyil”
- "Əmək haqqı narkotik kimidir..." - Al Paçinodan 10 məsləhət
- Ötən ilin ən bahalı 10 sənət əsəri
Bakıdan dəvət olunmuş musiqişünas Mübariz Əliyevin sazda ifası, bundan başqa qarmon ifaçısı Elnur İmanovun, “Grace” və “Leesikad” qruplarının çıxışları rəğbətlə qarşılanıb.
İştirakçılara milli mətbəximizdən müxtəlif yeməklər, şirniyyatlar, həmçinin Azərbaycan istehsalı olan qida məhsulları təqdim edilib.