Bu gün Ağdam rayonunun işğalından 20 il keçir. Allah bizə səbr verməsin.
Mənimlə kiçik bir əlaqəsi var,
Şeirimi aparır külək Ağdama.
Ən azı xəyallar yolçusu olub,
Şairlər gedələr gərək Ağdama.
Demə: olan olub, keçən də keçib.
Tarix intiqamçün bizləri seçib.
Torpaqdan şəhidin qanını içib,
Qan iyi dağıdır çiçək Ağdama.
- Mühəndislikdən böyük səhnəyə - Günel Mehri
- Şəhriyar Del Geraninin evinə oğru girdi
- Nisbət nəzəriyyəsi - Anardan hekayə
Sus daha, güc vermə dilinə, şair.
Sən də gəl silah al əlinə, şair.
Şələlə Bakını belinə, şair!
Bu gecə, gizlicə gedək Ağdama.