Eşitdim, qovulmusan yer üzündən... – Fərid Hüseyndən yeni şeir

Fərid Hüseyn, şair

Fərid Hüseyn, şair

7 iyul 2022
# 10:40

Kulis.az şair Fərid Hüseynin yeni şeirini təqdim edir.

Eşitdim qovulmusan yer üzündən,
amma çox qala bilməzsən getdiyin yerdə
qayıdacaqsan qəlbinin ardıyca.
Qayıt, yer tap özünə öz ömründə...
Dilindən "Allah" sözü düşməyən bir riyakarı
bir topa pulu sayarkən görmüşdüm.
Əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.
Orda Allahdan əsər-əlamət yox idi.
Sən ki, "vəfa" sözünü eşidəndə
qulaqlarını tutub qaçan adamsan...
Yerini yaxşı bilirəm.
Pul sayanların əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerdəsən.
Ən doğma günlərin dərdinə arxa çevirmisən,
yox olmusan,
gücünü arsızlıqdan alan zamana yoluxmusan...

# 1471 dəfə oxunub

Müəllifin son yazıları

# # #