Ermənilərə dəstək olan müğənninin konserti ləğv edildi

Ermənilərə dəstək olan müğənninin konserti ləğv edildi
15 sentyabr 2022
# 12:40

Ukraynalı müğənni Maks Barskixin Bakı konserti ləğv olunub.

Kulis.az xəbər verir ki, buna səbəb müğənninin instaqram hesabında etdiyi paylaşımdır.

Azərbaycanda sosial şəbəkələrdə müğənninin dekabrın 10-da baş tutacağı gözlənilən Bakı konsertinin ləğvi tələbi ilə çağırışlar edilib.

Qeyd edək ki, bir müddət sonra Maks Barskixin konsertinə bilet satışını həyata keçirən iTicket.az şirkəti bilet satışını dayandırıb.

# 3188 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #