Ramiz Məlik vəfat etdi

Ramiz Məlik vəfat etdi
14 dekabr 2023
# 08:50

Azərbaycanın Xalq artisti Ramiz Məlik vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə məlumatı teleaparıcı Hacı Nuran Hüseynov sosial media hesabında paylaşıb.

Onun xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilir.

Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda anadan olub.

1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb.

# 1344 dəfə oxunub

Müəllifin son yazıları

# # #