"Emmi-2023" təxirə salındı

"Emmi-2023" təxirə salındı
28 iyul 2023
# 13:20

Amerikanın əsas televiziya mükafatı "Emmi-2023"ün 75-ci mərasimi 22 ildən sonra ilk dəfə təxirə salınıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Qərara səbəb ABŞ Ssenaristlər və Aktyorlar Gildiyasının tətilləri olub.

Mərasim sentyabrın 18-də keçirilməli idi.

"Emmi" mükafatlarının verilməsi sonuncu dəfə 2001-ci ildə 11 sentyabr hadisələrindən sonra təxirə salınmışdı.

Qeyd edək ki, "Emmi" mükafatları 1949-cu ildən verilir.

O, "Oskar", "Qremmi" və "Toni" mükafatlarının televiziya ekvivalenti hesab olunur.

# 1112 dəfə oxunub

Müəllifin son yazıları

# # #