Kulisin əməkdaşı qalib oldu

Kulisin əməkdaşı qalib oldu
17 mart 2015
# 12:49

Şərif Ağayar “Dəf(i)nə yarpağı” müsabiqəsində üçüncü mükafata layiq görülüb. Kulisin məlumatına görə qaliblər “Excelsior” hotelində keçirilən mükafatlandırma mərasimində elan edilib.

Birinci mükafatın qalibi Təvəkkül Zeynallı (Şevrud Anderson, “Allahın qüdrəti”), ikinci mükafatın qalibi isə Akif Əlidir (Mayk Gelprin, “Şam yanırdı”).

Poeziya sahəsində yalnız həvəsləndirici mükafat verilib. Mükafatın sahibi şair Əlizadə Nuri olub.

Mükafat fondu I yer üçün 3 min, II yer üçün 2 min, III yer üçün 1000 manatdır. Həvəsləndirici mükafat üçün 500 manat nəzərdə tutulur.

Poeziya sahəsində tərcüməyə görə də I yer üçün mükafat fondu 3 min, II yer üçün 2 min, III yer üçün 1000 manatdır, həvəsləndirici yer üçün mükafat 500 manatdır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin təsis etdiyi “Dəf(i)nə yarpağı” müsabiqəsi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə yaradılıb. İki ildən bir keçirilməsi nəzərdə tutulan bu müsabiqəyə nəsr və poeziya nominasiyaları üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.

“Dəf(i)nə yarpağı” ölkənin ən böyük tərcümə mükafatıdır.

# 1065 dəfə oxunub

Müəllifin son yazıları

# # #