Emin Sabitoğluna həsr olunmuş konsert olacaq

Emin Sabitoğluna həsr olunmuş konsert olacaq
9 oktyabr 2024
# 15:24

"Gəncədən Bakıya" layihəsində Emin Sabitoğluna həsr olunmuş konsert proqramı keçiriləcək.

Kulis.az xəbər verir ki, 25 oktyabr saat 19.00-da Şəhriyar adına Mədəniyyət Mərkəzində "Gəncədən Bakıya" layihəsi çərçivəsində Gəncə Dövlət Filarmoniyasının Estrada Ansamblının müşayiəti ilə sevilən bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı baş tutacaq.

Konsertdə filarmoniyanın solistləri "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" və bəstəkarın digər sevilən mahnılarını ifa edəcəklər.

Qeyd edək ki, "Bakıdan Gəncəyə", "Gəncədən Bakıya" layihəsi çərçivəsində Azərbaycan bəstəkarlarının klassik əsərləri, estrada mahnıları təbliğ olunur.

# 110 dəfə oxunub

Müəllifin son yazıları

# # #